Foto: dpa / Mənbə: Bild.de
Foto: dpa / Mənbə: Bild.de

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyada müvəqqəti sığınacaq almış şəxslərin (subsidiär Schutzberechtigte) yaxın ailə üzvləri (ər/arvad, azyaşlı subay uşaqlar və azyaşlı uşaqların valideynləri) avqustun 1-dən etibarən ailə birləşməsi məqsədi ilə viza üçün müraciət edə bilərlər. (Registrierung für die Beantragung eines Visums für den Familiennachzug zu subsidiär Schutzberechtigten)

AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı Səfirliyi tərəfindən məlumat yayılıb. Məlumatda deyilir ki, “Ailə birləşməsi” üçün müraciət edən ailə üzvləri internet vasitəsi ilə viza ərizələrinin verilməsi üçün qəbul vaxtını təyin edə bilərlər.

Hər bir ərizəçinin adına ayrıca qəbul vaxtı təyin edilməlidir. Bu qayda həmçinin azyaşlı uşaqlara da şamil edilir. Bir qəbul vaxtına bir neçə adın yazılması qadağandır. Adına qəbul vaxtı təyin edilməyən ərizəçilər buraxılmayacaq.

Səfirliyin məlumatında qeyd olunur ki, milli viza üçün qəbul vaxtını təyin edərkən sənədlərin işlənməsi üçün daha çox vaxtın tələb olunduğunu nəzərə almağınız xahiş olunur (adətən ən az 8 həftə): “Təyin olunmuş qəbul vaxtında gələ bilməyəcəyiniz təqdirdə xahiş olunur həmin reservasiyanı ləğv edin. Bunu siz çox asanlıqla sizə göndərilmiş təsdiq mailində ləğv etmə linki vasitəsilə həyata keçirə bilərsiniz”.