Elon Maskın rəhbərlik etdiyi “Tesla” şirkəti smartfon istehsalına hazırlaşır.

İKT.lent.az-ın xəbərinə görə, internetdə smartfonun ilk təsvirləri yayılıb. Cihaz “Quadra” kod adı ilə adlandırılıb.

Fotolarda cihazın ön və arxa paneli əks olunub. Buna əsasən cihaz çərçivəsiz displeyə, ikili kameraya sahibdir. Arxa paneldə “Tesla”nın iri loqotipi var.

Smartfonun texniki xüsusiyyətləri və qiyməti barədə hələlik məlumat yoxdur. Təqdimat barədə yaxın vaxtlarda məlumat veriləcək.