ABŞ-ın “Google” şirkəti “ağıllı saat”lar buraxmağı hazırlaşır.

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, bunu insayder Evan Blass özünün “Twitter” səhifəsində bildirib.

O, “Pixel Watch” smart-saatları haqqında bəzi detalları açıqlayıb. Gözlənilir ki, yenilik “dünyanı dəyişəcək” və “Android” əməliyyat sistemi əsasında fəaliyyət göstərən cihazlarda çalışacaq. Saatın özü isə “Wear OS” platformasında işləyəcək ki, o da öz növbəsində “Andoid P” əməliyyat sisteminə əsaslanır.

Şayiələrə əsasən, saatın köməyi ilə alınmış mallar üçün ödəniş və zəng etmək mümkün olacaq. Ancaq “ağıllı” cihazın texniki xüsusiyyətləri detallı olaraq açıqlanmır. “Google”un smart-saatları bu ilin sonuna qədər istehsal edilməlidir.