ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl etdiyi xarici səfəri zamanı köməkçilərinə prezident təyyarəsində həyat yoldaşı Melaniyanın qarşısındakı televizorda CNN telekanalını bağlamağı tapşırıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ prezidenti həyat yoldaşının qarşısındakı televizorun CNN telekanalını göstərdiyini görəndə qəzəblənib. Dövltə başçısı köməkçilərinə qışqırıb və onları əsas tələblərdən birini pozmaqda ittiham edib. Tələbə əsasən, prezident təyyarəsində ancaq “Fox News” telekanalı izlənə bilər.

Trampın köməkçiləri təsdiq ediblər ki, bundan sonra prezident təyyarəsindəki bütün televizorlar “Fox News” telekanalını göstərəcək.