Rusiyalı alimlər İsveçrədən olan həmkarları ilə birlikdə yeni kəşfə imza atıblar.

“Ölkə.Az” xəbər verir ki, Uzaq Şərq göbələyinin dörd növü əsasında xərçəngin dərmanının hazırlana biləcəyi müəyyən edilib.

Söhbət “Fomitopsis pinicola”, “Hericium erinaceus”, “Inonotus obliquus” və “Trametes versicolor” göbələk növlərindən gedir. Bu göbələklərdən xalq təbabətində də geniş istifadə edilir.

Son tədqiqatlar göstərib ki, göbələklər bədxassəli şişə təsir edir. Yeni dərmanın hədəfi, sarkoma, leykemiya, düz və yoğun bağırsaq, mədə və qaraciyər xərçəngi və digər şiş növləridir.

Hazırda mütəxəssislər göbələk dərmanlarının xərçəngə qarşı aktivliyini yoxlayırlar. Perspektivdə dağıdıcı əks təsirə malik olmayan dərmanlar istehsal etməkdir.

Alimlər qeyd edirlər ki, göbələyin mikroba və şişə qarşı xüsusiyyəti müasir elm üçün sirr olaraq qalıb. Ola bilər ki, göbələyin digər növlərinin də tərkibində tibb üçün faydalı olan kimyəvi birləşmələr var.