Suriya ordusu və yerli silahlı könüllü dəstələr İŞİD-in Əs-Suveyd vilayətinin şərqinə və şimal-şərqinə hücumunu dəf edərək terror qruplaşmasının 75 silahlısını zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə vilayətin qubernatoru Amer Əl-Aşşi bildirib.

“Suriya ordusu hərbi əməliyyat meydanına daxil olaraq hücum edənlərə qarşı döyüşə girib və təxminən 75 terrorçunu zərərsizləşdirib”, – deyə o bildirib.

Qeyd edək ki, çərşənbə günü bir neçə terrorçu kamikadze Es-Suveyd şəhərində terror aktları həyata keçirib. Onlardan biri meyvə bazarında partlayıcı qurğunu işə salıb. Digəri isə özünü partladıb.