Türkiyə Böyük Millət Məclisi (TBMM) ödənişli hərbi xidmətlə bağlı qanun layihəsini qəbul edib.

Oxu.Az “Hürriyet”ə istinadla xəbər verir ki, Türkiyə parlamentinin qəbul etdiyi qanuna əsasən, çağırışçılar 15 min Türkiyə lirəsi (hazırki məzənnə ilə təxminən 3000 ABŞ dolları) ödəyib 21 gün xidmət etməklə məcburi hərbi qulluqlarını başa vuracaqlar.

Bildirilir ki, 1 yanvar 1994-cü ildən sonra doğulan çağırışçılar bu xidmətdən istifadə edə biləcəklər.

Qeyd edək ki, qanun layihəsi TBMM-ə hakim Ədalət və İnkişaf Partiyası tərəfindən təqdim olunub.