Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə iyulun 27-də Moskva şəhərinə səfər edəcək.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov iyulun 28-də “Beynəlxalq ordu oyunları – 2018” yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.