Emil/AzEuroNews.com/Bakı ► ► ► Pirşağı çimərliyinin Qızılqum tərəfində, “Günəş” istirahət mərkəzi yaxınlığında iyrəncə bir mənzərə var.

AzEuroNews.com xəbər verir ki, Pirşağının bütün kanalizasiya, çirkab suları dənizə axır. Bu fakt sosial şəbəkələrdə yayılan videoda öz təsdiqini tapır.

Kadrlardan ətrafda insanların istirahət etdiyi, çimməyə gəldiyi görünür. Amma bu ekoloji rəzalətlə bağlı heç bir ölçü götürülmür.

Kanalizasiya sularının axdığı dənizdə insanlar, uşaqlar çimirlər. Bu da müxtəlif epidemik xəstəliklərə, dəri-zöhrəvi, bağırsaq və s. xəstəliklərinə yol açır.

Geniş şərh verməyə ehtiyac yoxdur, buyurun kadrlara baxıb şahid olun: