Dünyada “Chrome OS” əməliyyat sistemi ilə çalışan ilk planşet – “Acer Chromebook Tab 10” satışa çıxarılıb.

İKT.lent.az-ın xəbərinə görə, planşetin ekranı 10 düym ölçülüdür. (2048х1536 piksel.) Cihaz OP1 (Rockchip RK3399) prosessoru ilə təchiz olunub. Qiyməti 330-360 dollardır.

Yeni məhsulun konkret hansı ölkələrdə satışa çıxarıldığı hələ açıqlanmayıb.