Cənubi Koreyanın “Samsung” şirkəti sınmayan OLED-ekran təqdim edib.

İKT.lent.az-ın xəbərinə görə, istehsalçı bildirib ki, ekran 1,8 metr hündürlükdən yerə düşməyə dözümlüdür, hər hansı qırılma, çatlama olmur.

OLED-ekran artıq sınaqlardan keçib və ABŞ-ın Əməyin Mühafizəsi İdarəsindən sertifikat alıb.

Ekranın tərkibi əyilgən və qırılmayan qəlib və möhkəmlik verən elementlərdən ibarətdir. Daha bir xüsusiyyət ondan ibarətdir ki, ekran geniş temperatur diapazonunda – Selsi üzrə mənfi 32 dərəcədən müsbət 71 dərəcəyə qədər temperaturlarda çalışa bilir.

Hərbi standartlar baxımından aparılan testlər də uğurla nəticələnib.