Müğənni Rafet El Roman Bodrumda iki qadınla görüntülənib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı özündən yaşca kiçik olan qadınlardan biri ilə öpüşüb. Restoranlardan birinin sahilində söhbət edən Rafetlə qadınlar daha sonra müğənninin evinə gediblər.

Jurnalistləri görən El Roman əvvəlcə gülməli pozalar verib, daha sonra isə evinə keçərək pəncərələri bağlayıb.