Türkiyəli aktyor Kıvanç Tatlıtuğ avtomobil kolleksiyasını genişləndirməyə davam edir.

Oxu.Az xəbər verir ki, sənətçi bu dəfə “Porsche 911 Carrera 4S” model maşın alıb.

O, yeni avtomobili üçün 1 milyon lirə pul ödəyib.

Qeyd edək ki, yeni avtomobili ilə birlikdə Tatlıtuğun qarajında beş maşın və bir motosikl var.