Məşhur Amerika aktyoru Bred Pitt rejissor Kventin Tarantinonun “Bir dəfə Hollivudda” adlı filminə çəkildiyi üçün boş vaxtının az olduğunu açıqlayıb.

Kulis.azın verdiyi xəbərə görə, şəxsi həyatında da dəyişiklik yaşayan aktyor qadınlarla görüşməkdən imtina etdiyini bildirib. İndi  onun üçün ən vacib məsələ uşaqlarının qayğısına qalmaq və Ancelina Joli ilə münasibətlərini qaydaya salmaqdır.

Hazırda Pitt uşaqları ilə birlikdə Los-Felizdəki evində istirahət edir.