Həbib Axundov
Həbib Axundov

Həbib Axundov danışdı. Millət vəkili Elmira Axundovanın oğlu Real TV-yə açıqlama verərək son günlər barəsində danışılanlara aydınlıq gətirdi.

Amma ondan qabaq deputatın özü bizə telefon açdı. Elmira Axundova oğlu ilə bağlı məsələlərdə adının hallandırılmasının əleyhinə olduğunu bildirdi.

Elmira xanıma süjetimizə operativ reaksiyasına görə təşəkkür edərək oğlu Həbibi dinlədik. Əvvəlcə görüntülərindən başladıq.

Məhkəmə ərəfəsində bu görüntülərin ortaya çıxmasını Həbib Axundov zərəçəkmiş kimi məhkəmədə müsahibə verən Fərman Məmmədovda görür.