Ötən gün “Jara-2018” Beynəlxalq Musiqi Festivalına qatılanlar arasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da olub.

Peskov Oxu.Az-a açıqlamasında Bakı və “Jara” festivalı ilə bağlı təəssüratlarını bölüşüb:

“Dörd ildir ki, Bakıya gəlmirdim. Bura möhtəşəmdir. Bakıya aşiqəm. “Jara” isə möhtəşəm və ən gözəl başlanğıcdır. Azərbaycan möhtəşəm ölkədir. Bakıya gələn rusiyalı ulduzlar bir neçə günlük də olsa, bizə özümüzü yada salmağa imkan verir. Bu, çox vacibdir”.

Qeyd edək ki, “Jara” festivalı bu gün və sabah da davam edəcək.