Müğənni Hadisənin anası bir neçə gün əvvəl qızlarına “Mənimlə maraqlanmırsınız” məktubunu yazaraq intihara cəhd etmişdi.

“Ölkə.Az” xəbər verir ki, Gülnihal Açıkgöz məktubda qızlarının pul qazanmaq məqsədilə analarını unutduğunu bildirmişdi. Hadisənin baş müşaviri isə qida zəhərlənməsi barədə açıqlama vermişdi. Məşhur modaçı Nur Yerlitaş isə canlı yayımda baş verənlərin intihar cəhdi olduğunu bildirmişdi.

Gülnihalın intihara cəhdi ailə daxilində böhrana səbəb olub. Hadisə meneceri olan bacısı Hülya ilə yollarını ayırıb. Eyni zamanda stilist bacısı Dərya ilə də çalışmamaq barədə qərar qəbul edib.