“Google Assistant” səs köməkçisi artıq rus dilində əlçatandır.

İKT.lent.az-ın xəbərinə görə, bu xidmətin yeni versiyası “Google Pay” internet mağazasında mövcuddur.

“Google Assistant”ı “O’key Google” komandası ilə və ya əsas ekranın düyməsini basılı tutmaqla çağırmaq olar. Səs köməkçisi vasitəsilə zəng etmək, mesaj göndərmək, xəbərləri və hava proqnozunu öyrənmək, musiqi qoşmaq və s. mümkündür.

“Google Assistant”ın işi üçün “Google”un 7.11 və daha yuxarı versiyaları zəruridir.