Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Düsseldorfda yaşayan həmyerlimiz Nadir Məmmədov 45 yaşlı almanı ölümdən xilas edib. Bu barədə AzEuroNews.com-a məlumat verən Nadir Məmmədovun sözlərinə görə, hadisə səhər saatlarında “Düsseldorf Unterrath”  stansiyasında baş verib: “Stansiyada qatarın gəlməsinə iki dəqiqə qalmışdı. Digər sərnişinlər kimi mən də platformada gözləyirdim. Bir də gördüm ki, bir nəfər kürəyi üstə qatar yoluna yıxıldı. Reyslərin üstünə düşən təxminən 45 yaşlarında kişinin başı partladı. Tez özümü qatar yoluna atıb həmin şəxsi ordan çıxardım. Biz platformaya qalxan kimi qatar gəldi. Bir az da geciksəydim qatar onu vurub öldürəcəkdi. Başı partlamışdı, qan içində idi. Polisə və təcili yardıma xəbər verildi. Tez su verdik, özünə gəldi”.

Nadir Məmmədov
Nadir Məmmədov

N.Məmmədovun  sözlərinə görə,  45 yaşlı alman həyatını xilas etdiyinə görə ona təşəkkür edib.