Alimlər gavalının indiyədək bilinməyən faydalarını açıqlayıblar. Onların sözlərinə görə gavalı insan orqanizmindəki xərçəng hüceyrələrinin inkişafının qarşısını ala bilir. AzEuroNews.com bildirir ki, onkoloji xəstəliklərin qarşının alınması üçün lazım olan vitamin və antioksidantları hər gün iki gavalı yeməklə qəbul edə bilərsiniz.

Bundan əlavə araşdırmalarda gavalının tərkibində ürək-damar və diabet xəstəliklərindən müdafiə edən maddələrin də olduğu məlum olub.