Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► “Mavi kart”la Almaniyaya gələn əcnəbilərə daimi yaşamaq icazəsi (oturum) verilib. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) məlumat yayıb. Məlumatda deyilir ki, “Mavi kart”ı olan 28 min işçinin 85 %-i müddətsiz yaşamaq icazəsi alıb.

2012-ci ildə tətbiq edilən “Mavi kart” sistemindən indiyə kimi 81 min nəfər yararlanıb. Məlumatda deyilir ki, 2018-ci ilin təkcə ilk üç ayında  6800 nəfərə “Mavi kart” verilib. Bu rəqəm 2017-ci ilə nisbətən 18.5 % çoxdur.

Həmçinin oxu: İş axtarmaq üçün Almaniyaya necə gəlmək olar?- “Mavi Kart”
Həmçinin oxu: İş axtarmaq üçün Almaniyaya necə gəlmək olar?- “Mavi Kart”

Ən çox “Mavi kart”a sahib isə, Hindistan vətəndaşlarıdır. Çin, Rusiya, ABŞ və Türkiyə  vətəndaşlarının cəmi “Mavi kart”dan yararlananların 1/4-ni təşkil edir.