“Volkswagen Group Rus” şirkəti Rusiyada 1 174 “Volkswagen” avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar arxa cərgədəki sərnişin oturacaqlarının təhlükəsizlik kəmərlərində kilidlərin mümkün qüsuru ilə əlaqədardır.

Məlumatda qeyd olunur ki, geri çağırılma 2018-ci illərdə Rusiyada satılmış “Teramont” modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.