Modelyer Nur Yerlitaş son zamanlar həddən artıq arıqlaması xəbərləri ilə gündəmdə idi.

Axşam.az-ın məlumatına görə, onun bacısı bu qədər çəki itirməsinə narahat olub və Nuru xəstəxanaya aparıb. Məlum olub ki, modelyer beyin xərçənginə tutulub. Müalicələri davam edən Nur avqustun 6-da əməliyyat olunacaq.

Qeyd edək ki, o, bundan əvvəl də bir dəfə də xərçəng xəstəliyinə tutulub və əmliyyat olunub.