AzEuroNews.com ► ► ► “Müəyyən problemlər yarandığına görə “APA Holding”ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb”

AzEuroNews.com məlumat verir ki, bu barədə “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı öz “Facebook” səhifəsində yazıb: “Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

Məlumat üçün qeyd edək ki, avqustun 1-də APA Holdinqə daxil olan informasiya resurslarına giriş mümkünsüzləşib. Saytda son məlumat həmin gün saat 19.00-da qoyulub. Bundan bir saat əvvəl holdinqin prezidenti Vüsalə Mahirqızı ölkə başçısı İlham Əliyevin Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışının saytda texniki səbəblərdən səhv getməsi ilə bağlı üzr istəyib.

Ardınca isə saytlara giriş qeyri-mümkün olub. Hətta VPN proqramı ilə də sayt açılmayıb.