Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► İsveçdə daun sindromlu gənc polis tərəfindən güllələnib. AzEuroNews.com xəbər verir ki, 20 yaşındakı gəncin əlindəki oyuncaq tapancanı əsl bilən polis ona atəş açıb. Hadisə paytaxt Stokholmda qeydə alınıb. İsveç mediasının yazdığına görə, daun sindromlu  Erik Torell evdən qaçıb.

E.Torell evdən qaçarkən ona hədiyyə edilən oyuncaq tapançanı da özü ilə götürüb. O, şübhəli hərəkətləri ilə polisin diqqətini cəlb edib. Anasının polisdə ifadəsinə görə, Erik yalnız “ana” sözünü deyə bilirmiş.

İsveç polis Erikə “Dur” əmri verib lakin, o qorxaraq qaçmağa başlayıb. 20 yaşlı gəncin əlində tapança olduğunu görən polis onun zərərsizləşdirmək üçün atəş açıb. Erik yerə yıxılıb və ordaca keçinib.