125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunur ki, dəyişikliyə əsasən 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə yeni mənzillərin verildiyi yaşayış binasınadək hərəkət edirlər.