ABŞ-ın Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, qəlyandan istifadə siqarət çəkilməsi qədər insan sağlamlığına zərərlidir.

Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, onların araşdırmalarının nəticəsi universitetin saytında dərc edilib.

Alimlər 48 könüllü üzərində araşdırma apararaq, onlardan 30 dəqiqə müddətində qəlyan çəkilməsini istəyiblər. Mütəxəssislər qəlyandan əvvəl və sonra ürək döyüntüsünü, arterial təzyiqini, qanda nikotinin miqdarını ölçərək, müqayisə ediblər.

Nəticədə alimlər müəyyən ediblər ki, qəlyanın çəkilməsi ürək döyüntülərinin dəqiqədə 16 dəfə azaldılmasına, arterial təzyiqin artmasına səbəb olur. Bu isə insanda ürək-damar xəstəliklərinin yaranması riskini artırır.

Alimlərin sözlərinə görə, bu cür göstəricilər siqaretin çəkilməsi zamanı da müşahidə edilir.