AzEuroNews.com ► ► ► Lerikin Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri yenidən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Sakinlər Toplum.Tv-yə göndərdikləri məktubda yazıblar ki, rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov zorla kəndlərinə yaxın və üç kəndin istifadə etdiyi bulağın suyunu qonşu Şingədulan kəndinə, eləcə də icra başçısın müavini Habil Məlikovun kəndinə – Kürdəsərə aparırlar.

Maraciətdə deyilir ki, Rövşən Bağırov və Qorxmaz Hüseynov bu kəndərdən qisas alır. Bunun da səbəbi bu iki məmurla bağlı edilən şikayətlərdir:

“Cənab Prezident, Sizə dəfələrlə müraciət etmişik. Sizdən əlavə də bütün dövlət qurumlarına müraciət ünvanlamışıq. Amma icra başçısı Rövşən Bağırov və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bizi susuz qoymaqda israrlıdırlar. Şingədulan kəndində üç su mənbəyi var. Bundan əlavə, kəndin yanından “Alaşar” çayı axır. Daha böyük su ehtiyatına malik Əvilə çayı da Şingədulandan uzaqda deyil. Amma icra başçısı və Qorxmaz Hüseynov israrla 15 km-lik məsafə olmasına baxmayaraq, bizi suyu aparır və bizi susuz qoyurlar.

Artıq bir maşın su borusu gətirib Mulalan kəndində töküblər. Bu da onu göstərir ki, icra başçısı bizim suyu zorla aparmaq niyyətindədir. Siz bu zülmə son verin. Bizim Sizə və Prezident Adminstrasiyasına etdiyimiz mürciətlərə cavab verilmir. Bir neçə gün öncə Prezident Adminstrasiyasında rayonumuz üzrə kurator olan şəxs də rayona gəlib, amma bu qədər narazlıq və şikayətimizə baxmayaraq, bizimlə görüşməyib. Bizim məktublarımızı əngəlləyən kimdir? Rövşən Bağırovu belə himayə edən kimdir ki, bizim Sizə yazdığımız məktubları əngələyirlər?

Bizə izah edən də yoxdur ki, Rövşən Bağırovla Qorxmaz Hüseynovun bizimlə davası nədir? Nədir bu qərəzin və hikkənin izahı? Niyə daha böyük su hövzəsi və ehtiyatı olan Əvilə çayından su çəkmirlər? Niyə 4 km məsafədə olan “Şərətük” çayından su çəkmirlər?

Cənab Prezident, Siz axı dəfələrlə demisiniz ki, məmurlar vətəndaşları incitməməlidirlər. Bəs bizim səsimizə niyə səs verən yoxdur? 1200-dən çox sakini olan bu kəndlər hara köçsün? Bizə deyirlər ki, yzmayın. Yaxşı, yazmırıq, dayanırıq. Onda siz də bizdən əl çəkin, suyumuza toxunmayın. Axı bu suyun getməsi 20 hektardan çox meşənin məhv olmasına gətirib çıxaracaq. Yaxşı, Ekologiya Nazirliyi niyə səsini çıxarmır? Nazirliyin rayon şöbəsinin müdiri deyir ki, Qorxmaz Hüseynovla Muxtar Babayev yaxın dostdur, artıq məsələ həll olunub. Yaxşı, bəs biz kimdən kömək istəyək? Lerikin deputatı İqbal Məmmədov deyir ki, mən Qorxmaz Hüseynovla bir yerdə işləmişəm, dostuq. Bir “dost şəbəkəsi” birləşib Sizin Lerikin su təminatı üçün ayırdığınız 1 milyon manatı bizim suyu aparmaqla silmək istəyir?

Cənab Prezident, biz sizdən kömək istəyirik. Bu məmurlar rayonu çapıb-talamaqla məşğuldurlar. Bizim də suyumuzu aparıb bizi buralardan didərgin salmaq istəyirlər. Ölkədə müraciət etmədiyimiz qurum qalmayıb. Xahiş edirik ki, bizi bu iki məmurun zülmündən qurtarın.

Hörmətlə: Lerik rayonunun Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri/Şəxsiyyət vəsiqələrimizin nömrələrini də qeyd etməklə:

 

  1. Azadov Ağababa Polad AZE 03899034
  2. Ağayev İslam Ocaqəli AZE 02195679
  3. Ağayev Şirvan Ocaqəli AZE 03899030
  4. Əliyev Hüseynbaba Abdin AZE 08450075
  5. Rüstəmov Kamal Babiş AZE 02195845
  6. Rüstəmov Cəbrayıl Babiş AZE 14678886
  7. Həsənov Mirzəbaba Təriş AZE 02195619
  8. Məmmədov Salman Allahverdi AZE 02195599
  9. Fətullayev Alışan PİŞAN AZE 15621540
  10. Əliyev Mahir Paşa AZE 09460732
  11. Ağayev Mirzəli Atamalı AZE 09461773
  12. Hüseynov Cəfər ƏLİ AZE 15899715
  13. Hüseynov Əvsər Əli AZE 04517907
  14. Kərimov Babaxan Hidi AZE 06434789
  15. Kərimov Alim Alihəsən AZE 02355068
  16. Əliyev Surət ABDİN AZE02195689
  17. Əliyev Gülbaba Abdin AZE 02354345
  18. Yoldaşov Allahyar Polad AZE 08449250
  19. Yoldaşov Əligüşad Nurməmməd AZE 06911236
  20. Yoldaşov Buludxan Polad AZE 03896958
  21. Məmmədov Vasif Güləli AZE 03895624
  22. Azadov İbrət Şəvəqət AZE 04994575
  23. Əliyev Ağaxan Fətəli AZE 02195615
  24. Ağayev Qədiməli MahmudəliAZE 08448052
  25. Ağayeva Zərifə Mürsəl AZE 02195614
  26. Əliyev Rafiq Ağaxan AZE
  27. Əliyev Mirzəli Şami AZE 08072591
  28. Şahmarov Emin Qaraxan AZE03898922
  29. Azadov Bəfadar Söhbət AZE 09324289
  30. Zamanov Zəfər Böyükxan AZE08073753
  31. Nağıyev Həmdulla Nəhmət AZE 05832257
  32. Zamanov Elman Böyükxan AZE 13427300
  33. İmanov Hafiz Rəzzaq AZE 04903643
  34. Azadov Meybulla Həbulla AZE 08073125
  35. Azadov Fərzulla Xeyrulla AZE 07526889
  36. Məmmədov Naib Əyyub AZE 02195617
  37. Rüstəmov Cabir Mürsəl AZE 05768829
  38. Ağayev Arazxan Burhan AZE 16674863
  39. Zamanov Zamanxan BöyükxanAZE09324410
  40. Azadov Mehman Ağababa AZE 13427853
  41. Azadov Bəhruz İbrət AZE 07524378
  42. İmanov İsrafil Təhməz AZE 14678677
  43. Teymurov Arzuman Xudaş AZE 03898909
  44. Talıbov Bəybala İsmi AZE 045196633
  45. Bayramov Babalı Mirzəhüseyn AZE 15621348
  46. Əliyev Baladdin Paşa AZE 03898963
  47. Əliyev Elman Sənham AZE 08448165
  48. Əliyev Malik Sənham AZE15618933
  49. Əkbərov Şali Ağayar AZE 03898960″.