ABŞ-da keçirilən futbol üzrə Beynəlxalq Çempionlar Kubokunda İspaniyanın “Real” və İtaliyanın “Yuventus” komandaları üz-üzə gəlib.

“Report” xəbər verir ki, Lendovere şəhərinin (Merilend ştatının) “Fedeks Fild” stadionunda baş tutan görüş ispanların 3:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

“Real” turnirdə növbəti oyununu avqustun 8-də İtaliya “Roma”sına qarşı keçirəcək.

Beynəlxalq Çempionlar Kuboku

“Real Madrid” – “Yuventus” – 3:1

Qollar: 0:1 – Karvaxal – 12 (avtoqol), 1:1 – Beyl – 39, 2:1 – Asensio – 47, 3:1 – Asensio – 56