Yunis/AzEuroNews.com ► ► ►“Azərenerji” ASC-nin enerji satışı və istismarı sektorlarının “Azərişıq” ASC-nin səlahiyyətlərinə verilməsinə hazırlıq gedir.

Bu haqda AzEuroNews.com-a məlumat verilib. Qurumun enerji nəzarəti xidməti,  şəbəkə istismarı və istismar üzrə nəzarət təftişi şöbələri daxil olduğu idarə ləğv oluna bilər.

2006-ci ildə ASC-nin mərkəzi aparatında enerji nəzarəti İdarəsi yaradılıb. Bu şöbələr də həmin idarənin balansında fəaliyyət göstərirlər.

Yaxın vaxtlarda istismar sahəsinin “Azərenerji” ASC-dən alınaraq “Azərişıq” ASC-yə veriləcəyi reallaşacaq.

Bu struktur dəyişikliyinə səbəb Mingəçevir İES-dəki yanğınlar və ölkədə iki gün enerji böhranı yaşanmasıdır.

“Azərenerji”nin müstəqil qurum olmaqdan məhrum edilərək “Azərişıq”ın tərkibinə verilməsindən sonra artıq səlahiyyətlərinin də məhdudlaşdırılması prosesi gedir.

ASC-nin tamamilə ləğv olunması, departamentə çevrilməsi və qurum sədri Etibar Pirverdiyevin vəzifədən azad olunması gözlənilir.

Qeyd edək ki, enerji fəlakəti ilə bağlı keçirilən müşavirədə prezident İlham Əliyev ASC rəhbəri Etibar Pirverdiyevi ayağa qaldıraraq “siz utanmalısınız” söyləmişdi. Bu, onun “qələminin qırılmasıdır”…