“Mançester Siti” komandasının hücumçusu Serxo Aquero klubun tarixində ilkə imza atıb.

Trend-in məlumatına görə İngiltərə Superkuboku oyununda “Çelsi”yə qarşı futbolçunun vurduğu qol klubda karyerası ərzində vurduğu 200-cü qol olub.

Bu göstərici “Siti”də bir ilkdir. Argentinalı komandanın ən yaxşı bombardiridir. Ötən ilin noyabrdında o, 178 qol vuraraq, komandanın öncəki rekordçusu Erik Brukun göstəricisini (177 qol) üstələyib.