Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası ” Xingkong-2″ kimi tanınan hipersəsli uçan aparatı uğurla sınaqdan keçirib.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi “Global Times” qəzeti məlumat yayıb.

Sınaq zamanı sözügedən aparat havada təxminən 10 dəqiqə olub. Uçuş zamanı aparat bir çox çətin trayektoriya boyunca

30 km yüksəklikdə bir sıra uğurlu manevrlər edərək göstərilən məntəqəyə eniş edib. Aparatdan gələcəkdə döyüş başlığı üçün daşıyıcı və raket əleyhinə müdafiə sistemlərində istifadə etmək nəzərdə tutulur. Daha bir neçə təkrar sınaqlardan sonra hipersəsli uçan aparatın silahlanmaya daxil edilməsi gözlənilir.