Ciddiyə alınmayan dildə olan yaralar əslində gizlicə inkişaf edən dil xərçənginin əlamətləri ola bilər. AzEuroNews.com bu əlamətlərə ciddi yanaşmağı məsləhət görür. Dil xərçənginin əsas göstəriciləri aşağıdakılardır.

Dil üzərində çıxan yaralar

Dil üzərində çıxan yaralar dil xərçəginin ən əsas göstəricisidir. Əgər dilinizdə sadə yaralar əmələ gəlibsə və gün keçdikcə sağalmaq yerinə daha da artırsa mütləq qulaq burun boğaz həkiminə müraciət edin. Bu yara gün keçdikcə dilinizi daha da sərtləşdirə bilər.

Dil kanserinin belirtileri - Sağlık Haberleri

Boyunda şiş

Xərçəng boyundakı linfa vəzilərinə keçdikdə boyunda şişkinlik yaranır. Boynun eyni bölgəsində həftələrlə çəkilməyən və getdikcə böyüyən şişə diqqət edin. Məhz bu şiş xərçəngin əlaməti ola bilər.

Dil kanserinin belirtileri - Sağlık Haberleri

Danışıqda dəyişiklik

Dil xərçəngi dilin düzgün hərəkət etməsinə təsir edir. Dilini rahat şəkildə hərəkət etdirə bilməyən xəstələrin danışığında problemlər yarana bilir.

Dil kanserinin belirtileri - Sağlık Haberleri

Ağız qoxusu

Xərçəngin inkişafı ağız gigiyenasını pozur, bu da pis qoxunun yaranmasına səbəb olur.

Dil kanserinin belirtileri - Sağlık Haberleri

Dildə ağrı və qanama

Xərçəng dildə əvvəl ağrılarla özünü göstərir daha sonra yaralar qanamağa başlayır. Hətta şiddətli ağrı qulaqlara da təsir edir.

Dil kanserinin belirtileri - Sağlık Haberleri