“Azərenerji” ASC prezidenti Baba Rzayev
“Azərenerji” ASC prezidenti Baba Rzayev

Yunis Cəfərov/AzEuroNews.com/Bakı ► ► ► “Azərişıq” ASC-nin Enerji Satış Departamentinin sabiq direktoru Qara Nəbiyev təzədən işə qaytarılıb.

AzEuroNews.com xəbər verir ki, Q.Nəbiyev köhnə vəzifəsinə qaytarılmasa da, ASC-də şöbələrin birində fəaliyyətini davam etdirir.
ASC sədri Baba Rzayevlə departament direktoru növbəti dəfə dava etdikdən sonra Q.Nəbiyev iş yerini tərk etmişdi.
Onların arasında mübahisə isə tez-tez olurmuş. ASC sədrinin sərt xasiyyəti və iclaslarda işçilərlə, şöbə rəisləri ilə kobud danışması artıq adi hala çevrilib.
Amma təkcə Q.Nəbiyev heç vaxt onun ağır sözlərini həzm etməyib və cavab verirmiş. Ona görə də tərəflər arasında keçmişə söykənən bir münaqişə tarixi var.
Sonuncu dəfə belə mübahisədə isə B.Rzayev Q.Nəbiyevi maxinasiyada ittiham etmişdi. Departament rəisi isə ittihamlarla razılaşmayıb və mübahisə böyümüşdü.
Sabiq departament rəisi əslən Qəbələ rayonundandır və onu himayə edən məmurun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun olduğu iddiaları var.
Onun diktəsi ilə hərəkət edən Q.Nəbiyev yalnız general “hə” deyəndə ASC-ni tərk edə bilər.
2017-ci il Qara Nəbiyevin Vergilər Nazirliyində müşavir işləyən qardaşı Müsavər Nəbiyev üçün də uğursuz olmuşdu. Belə ki, o yaşı ilə əlaqədar təqaüdə göndərilib.