Həbsdə olan bloqqer Mehman Hüseynov azadlığa buraxılıb.

“Report”un xəbərinə görə, o, anası Firəngiz Hüseynovanın dəfninə buraxılıb.

Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

O, bloqqerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, M.Hüseynovun anası F.Hüseynova ötən gecə vəfat edib.