Sosial mətbuatdan qeyri-etik istifadə edən ölkələrin siyahısına liderlik edən Hindistanda mübahisəli iddia ortaya atılıb.

“Ölkə.Az” xəbər verir ki, Hindistan hökuməti telekommunikasiya şirkətlərinə rəsmi məktub göndərərək Facebook, İnstaqram və WhatsApp  kimi bir sıra sosial şəbəkələri qadağan etməyi tələb edib.

Hindistanda kütləvi zorakılıq və cinayət hadisələri sürətlə artır və insanlar bunu sosial mətbuatda paylaşır. Əldə edilən məlumata əsasən, hind hökuməti rəsmi şəkildə sosial mətbuatı qadağan etməyə hazırlaşır.

Sosial şəbəkələrin bağlı olduğu şirkətlər isə məsələ ilə bağlı açıqlama vermir.