Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya rəsmi səfər edəcək. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi səfər 28-29 sentyabr tarixlərində baş tutacaq.

Səfər çərçivəsində Türkiyənin dövlət başçısı Almaniya prezidenti Frank-Valter Ştaynmayer və kansler Angela Merkellə görüş keçirəcək.