Sağlam şəkildə arıqlamaq üçün düzgün qidalanmaq əsas şərtdir. Bir çoxları artıq çəkidən qurtulmaq üçün ac qalmağa və ya yemək yeməyə üstünlük verirlər.

Ancaq bir çox məhsullar vardır ki, onları qida menyunuza daxil edərək sağlam şəkildə arıqlaya bilərsiz. AzEuroNews.com bildirir ki, bu qidalardan biri Hind mətbəxində geniş istifadə olunan “moong dal”dır. Bu qida vitamin və minerallarla zəngin olmağı ilə yanaşı həmçinin uzun müddət aclıq hissini yox edir.

Siyahının ikinci yerində isə dadlı çərəzlərdən olan qoz dayanır. Bu qida həm artıq çəkidən azad olmağa kömək edir, həm də diabet xəstələri üçün olduqca faydalıdır. Növbəti məhsul vitaminlərlə zəngin ispanaqdır.

Bundan başqa sağlıqlı şəkildə artıq çəkidən azad olmağa kömək edən qidaların siyahısında balqabaq, çuğundur, darçın və zərdaçal dayanır.