Türkiyənin məşhur “O Səs Türkiyə” müsabiqəsinin fenomen jürisi Gökhan Özoğuz yeni mövsümdə ekranlarda olmayacaq.

“Ölkə.Az” xəbər verir ki, Gökhan bu barədə sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Athena” qrupunun solisti Gökhan 5 ildir ki, verilişdə jüri üzvüdür.

“Məni çox həyəcanlandıran bir layihə ilə eyni vaxtda başlayacaq yeni albom çalışmaları və sizlə konsertlərdə daha çox görüşmək üçün bu il 5 il “O Səs Türkiyə”də iştirak etməyəcəm. Başda Acun və Esat olmaqla, bütün “Acun Medya” komandasına, jüridəki dostlarıma və iştirakçılara təşəkkür edirəm”, – deyə məşhur müğənni yazıb.