44 yaşındakı türkiyəli müğənni Kutsi 2014-cü ildən bu yana birlikdə olduğu və tez-tez küsüb barışdığı sevgilisi Feyza Çıpadan ayrıldı.

“Ölkə.Az” Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün bir-birini sosial media hesablarındakı izləmədən çıxarması ayrılıq iddialarını daha da gücləndirib.

Ötən ilin dekabr ayında nişanlanan Kutsi və Feyza işlərinə görə toy tarixlərini də təxirə salmışdı.

Bundan əvvəl də ayrılıq xəbərləri ilə gündəmə gələn cütlüyün ayrılıq səbəbi Kutsinin evliliyə soyuq yanaşması olub.