Ermənistanın Lorinsk vilayətində Spitak şəhəri yaxınlığında baş verən yol qəzası zamanı ölkənin silahlı qüvvələrinin hərbi qulluqçusu ölüb.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Shamshyan.com” nəşri məlumat yayıb.

Məlumata əsasən, 32 yaşlı Artak Qriqoryan idarə etdiyi “Mersedes ML” markalı avtomobillə Yerevan –  Vanadzor magistralında yolun hərəkət hissəsindən çıxaraq, 150 metrlik dərəyə yuvarlanıb. Hadisə zamanı sürücü ölüb.

Qeyd edilib ki, ölən şəxs Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin mayorudur.