Polisin keçirdiyi əməliyyat nəticəsində məhkəməyə çıxarılan və həbs edilən Adnan Oktarın verilişdə yanında olan qadınlarla hər hansı bir ünsiyyətinin olub-olmadığı araşdırılır.

“Ölkə.Az” xəbər verir ki, bu səbəbdən “kedicik”lərdən DNA nümunələri götürülüb.

Adnan həbsxanadakı açıq görüşdə qardaşı və qardaşı oğlu ilə görüşüb.  Görüş 1 saat davam edib və iki həbsxana baxıcısının müşayəti altında baş tutub. Bu günə qədər Oktar ona təyin edilən 7 vəkili bəyənməyib. Hazırda 8-ci vəkil axtarılır. Sorğuda Adnana 353 sual ünvanlanıb.

Qruplaşma lideri haqqında ən böyük ittihamlardan biri də cinsi istismardır. Bu səbəbdən Oktarın yanındakı qadınlarla cinsi əlaqədə olub-olmadığını dəqiqləşdirmək üçün həm Adnandan, həm də qadınlardan DNA nümunəsi götürülüb. Bundan başqa isə bəzi bioloji testlər də edilib.

Adnan 3 nəfərlik kamerada tək qalır. Səhər yeməyindən sonra idmanla məşğul olur. Gündə 3 dəfə yeməklə təmin edilir. Həbsxana rəhbərliyinin təyin etdiyi gün və saatlarda hamama gedir. Aylıq 1200, həftəlik isə 300 lirə xərcləməyinə icazə verilir.