Futbol üzrə 2018/2019 mövsümündə Azərbaycan I Divizionunda mübarizə aparacaq klublar müəyyənləşib.

“Report” xəbər verir ki, yarışda 14 komanda iştirak edəcək.

Bunlar “Kəpəz”, “Qaradağ Lökbatan”, “Şüvəlan”, MOİK, “Turan Tovuz”, “Ağsu”, “Zaqatala”, “Səbail” -2, “Zirə -2“, “Qarabağ -2″, “Keşlə -2”, “Sumqayıt – 2”, “Neftçi – 2” və “Sabah -2” komandalarıdır.

Qeyd edək ki, I Divizonun püşatma mərasimi sabah saat 13:00-da başlayacaq.