Foto © Brigitte Werner/ pixabay.com
Foto © Brigitte Werner/ pixabay.com

AzEuroNews.com Berlin İspaniyadan gələn qaçqınların müəyyən hissəsinin 48 saat ərzində İspaniyaya göndərilməsinə razılıq əldə edə bilib. AzEuroNews.com “Legat” inteqrasiya mərkəzinə istinadən xəbər verir ki, bu barədə həftənin çərşənbə günü Almaniya DİN-in sözçüsü məlumat yayıb. Məlumatda bildirilir ki, bazar ertəsi iki ölkənin səlahiyyətli nümayəndələri arasında bununla bağlı müvafiq razılaşma imzalanıb.

Razılaşmaya görə İspaniyada qaçqın kimi qeydiyyata alınan və Avropa Birliyi məlumat bazasında əl barmaq izlərinə əsasən şəxsiyyəti müəyyən edilən sığınacaq axtaran şəxslərə və qaçqınlara şamil ediləcək. Razılaşma İspaniyadan gələn miqrantların Almaniya sərhədlərini keçdikdən sonra 48 saat ərzində geri qaytarılmasını nəzərdə tutub.

İkitərəfli razılaşma 11.08.2018 -ci il tarixində qanuni qüvvəyə minəcək.

H.Seehofer bunun ilk razılaşma olduğunu, digər AB ölkələri ilə oxşar razılasmalar hazırlamaq istədiklərini bildirib. Nazirlikdən o da bildirilib ki, belə sazişlərin imzalanması Yunanıstan və İtaliya ilə müzakirə edilir.

Xatırladaq ki, Avropa İttifaqı qaydalarına uyğun olaraq, kənardan Avropaya gələn sığınacaq axtaran şəxs ərazisinə ilk daxil olduğu ölkədə qaçqın statusu üçün müraciət etməli və qeydiyyata alınmalıdır.

Bu tədbir son vaxtlar İspaniyadan Almaniyaya gələn sığınacaq axtaran şəxslərin qarşısının alınmasına yönəlib.