Məşhur aktyor Burak Özçivit və həyat yoldaşı Fəxriyə Evcən jurnalistlərə maraqlı açılqlama veriblər.

“Ölkə.Az” xəbər verir ki, jurnalistlərin “Avtomobilinizin dövlət nömrə nişanındakı “A” hərfi yeni doğulacaq körpənin adına işarədirmi?” sualına və şərhinə cütlük “Vaxtı gələndə biz də valideyn olmaq istəyirik” cavabını veriblər.

Məşhur cütlük İstanbulun Bebek səmtində jurnalistlərin suallarını cavablandırıb. Avtomobilin dövlət nömrə nişanında “FBA” yazısı jurnalistlərin diqqətindən yayınmayıb. Onlar bunu F-Fəxriyə, B-Burak, A-yeni doğulacaq körpənin adının baş hərfi kimi şərh ediblər.

Aktrisa isə nömrədəki FBA-nın təsadüf olduğunu bildirib amma ana olmaq istəyini də qeyd edib.