İsrail ilə Fələstin qruplaşmaları arasında beşinci dəfə atəşkəs əldə edilib.

“Ölkə.Az” xəbər verir ki, Misirin vasitəçiliyi ilə əldə edilən atəşkəsdə “sükunətə qarşı sükunət” tətbiq ediləcək.

İsrail ilə “Həmas”ın liderlik etdiyi fələstinli qruplaşmalar arasında əldə edilən atəşkəs gecə saatlarında qüvvəyə minib.

Son iki ayda Misirin vasitəçiliyi ilə İsrail və Fələstin arasında beşinci atəşkəs əldə edilib.

İsrail tərəfi bildirib ki, ancaq Fələstin tərəfdən raket atılsa, buna cavab veriləcək.

Qeyd edək ki, iki gün ərzində İsrail ordusu Qəzzada 150-dən çox hədəfi bombalayıb. Bunun əvəzində isə İsrailə 80 raket atılıb.