Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyada yaşayan hər dördüncü şəxs “xarici kökənli” və ya əcnəbi əsilli hesab olunur. Almaniyada fəaliyət göstərən “Legat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki,  2017-ci ildə Almaniyada 19, 3 milyon nəfər və ya ölkə əhalisinin 23,6 faizi Əxarici kökənli” hesab edilib. Xarici kökənli şəxslər dedikdə, 1949-cü ildən sonra Almaniyaya miqrasiya etmiş şəxslər nəzərdə tutulur. 2017 –ci ildə bu rəqəm daha 4, 4 faiz artıb ki, bu da Almaniya tarixində ən yüksək göstərici hesab olunur. 19,3 milyon şəxsin 51 faizi artıq Almaniya pasportu alan və Almaniya vətəndaşı olanlardır. 49 faizi isə hələ də xarici pasportla yaşayır. Federal Statistika Bürosunun məlumatına görə, əcnəbilərin 2, 8 milyonunu türklər, 1,4 milyonunu Rusiyadan, 1,2 milyonunu Qazaxstandan , 900 min nəfərini Rumuniyadan gələnlər təşkil edir. Almaniya gələnlərin böyük əksəriyyəti alman hesab edilən, tarixi vətənləri hesab edilən Almaniyaya gələn və ya qayıdan şəxslər olub. 19, 3 milyon xarici kökənli immiqrantın 13, 2 milyon nəfəri müstəqil formada Almaniyaya yaşamaq üçün gələn şəxslərdir.

Hazırda Almaniya dünyada ən cəlbedici ölkə hesab edilir. Almaniyaya gələnlərin əksəriyyətini işləmək, ailə birləşməsi və sığınacaq üçün gələnlər təşkil edir. Bir necə il əvvəl Almaniya gələnlərin 37 faizini ailə birləşməsi layihəsi ilə gələnlər təşkil edirdi. İndi isə Almaniyaya gələnlərin daha çoxunu – 28 faizini iş və təhsillə bağlı olanlar təşkil edir. Onların 60 faizindən çoxu Almaniyaya gəldikdən sonra dərhal işləməyə başlayan şəxslərdir.