“Hazırda araşdırmalar aparılır. Araşdırmaların bir hissəsi də pilot regionun seçilməsidir. İlk mərkəzin paytaxt Bakıda olmasını düşünürük. Sentyabrda pilot rayonumuz artıq dəqiqləşdiriləcək. İlk DOST mərkəzi açıldıqdan sonra növbəti ildə təbii ki, şəbəkə genişlənəcək. Əsas planımız bütün Azərbaycanı əhatə etməkdir. Bu ilin sonunadək, yəni dekabr ayında ilk DOST mərkəzinin açılması planlaşdırılır”. Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Aztv-nin “Günün nəbzi” verilişinə müsahibəsində bildirib.

Sahil Babayev qeyd edib ki, DOST Agentliyi və DOST mərkəzləri ölkədə həyata keçirilən islahatların davamıdır: “Bu islahatların kökündə Azərbaycan vətəndaşlarının məmnunluğu dayanır. Mərkəzlərdə ənənəvi xidmətlərlə yanaşı, vətəndaşlara sosial-psixoloji dəstək də göstəriləcək. DOST mərkəzlərində əhaliyə 126 xidmət növünün göstərilməsi müəyyən edilib”.