Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyanın Bonn şəhərində yaşayan türk Meral Başar və 7 yaşındakı oğlu bir alman tərəfindən irqçi təzyiqə məruz qalıb. AzEuroNews.com xəbər verir ki, dünən nahardan sonra Bonndakı diş həkiminə getmək üçün Königswinter şəhərindən 66 nömrəli metroya minən qadın bir müdət sonra alman bir kişi tərəfindən irqçi təzyiqlə üzləşib.

O polisə ifadəsində bildirib ki, alman kişi onları ölümlə də təhdid edib: “Qatara mindim, 5 dəqiqə keçmişdi ki, bir nəfər arxadan oturacağı təpikləməyə başladı. Başımı çevirib baxanda bir alman bizə xitabən “Siz qaçqınlar buraları məhv etdiniz”, “Bizə burda nəfəs almağa imkan vermirsiniz” kimi irqçi sözlər deməyə başladı. Daha sonra oturacağın dəmirlərini təpikləyən adam “hamınızı öldürəcəm” dedi”.

M.Başar bildirib ki, o adama qaçqın olmadığını və illərdir Almaniyada yaşadığını söyləyib: “Amma bu yetmədi, adam yenə irqçi sözlərlə bizə təzyiq göstərməyə başladı. Hətta 80 yaşlı bir alman bizi qorumaq istəyərkən ona da təzyiq etdi”.

Türk qadın qeyd edib ki, Bonn polisi həmin adamın axtarışına başlayıb.

****************************************************************

Xəbərdə © panorama-news.de-nin məlumatından istifadə edilib.