Kıvanç Tatlıtuğ və Tuba Büyüküstünün serialı ilə bağlı sgözlənilməz qərar verilib.

Məlumata görə, “Ay Yapım” şirkəti “Siyah Beyaz” serialı haqda açıqlama yayıb:

“Ssenarisi Sema Ergenekon və Eylem Canpolatın yazdığı, oktyabrda ekrana gəlməsi planlaşdırılan “Siyah Beyaz” adlı layihənin hazırlıqları ssenari müəlliflərinin istəyinə görə, hələ də davam edir. Bu layihə mövsümün ortasında çəkilişlərə hazır vəziyyətə gələ bilər. Buna görə də Kıvanç Tatlıtuğ və Tuba Büyüküstün “Ay Yapım”ın digər layihəsi “Cesur ve güzel”də yer alacaqlar. Serial oktyabrda Star TV-də yayımlanacaq”.

Qeyd edək ki, “Siyah ve Beyaz”da məşhur ulduzlar Fərhad və Şirin adlı iki sevgilini canlandırmalı idi. Yeni serialda isə ssenarinin necə olacağı hələ bəlli deyil. Beləliklə, Tuba və Kıvançı oktyabrdan etibarən Star TV ekranlarında görmək imkanı olacaq.